Putin Türkiyəyə qarşı məhdudiyyətləri ləğv etdi

Putin Türkiyəyə qarşı məhdudiyyətləri ləğv etdi

Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin noyabrında Türkiyəyə qarşı tətbiq edilən məhdudiyyətlərin ləğvi barədə fərman imzalayıb.

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, fərman dərc olunduğu gündən qüvvəyə minir.

Qeyd edək ki,  Vladimir Putin bu gün səfirlərlə görüşdə çıxışı zamanı Moskvanın yaxın zamanda Ankara ilə ikitərəfli əməkdaşlığın bərpası üçün lazımi tədbirlərin görəcəyini qeyd edib.

Rusiyanın baş naziri Dmitri Medvedev, öz növbəsində, sanksiyaların aradan qaldırılmasının mərhələli şəkildə həyata keçiriləcəyini bildirib.

Qeyd edək ki, dünən Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı turizm və digər sahələrdə tətbiq etdiyi sanksiyaların aradan qaldırılması haqqında Nazirlər Kabinetinə göstəriş verib.

0
9