Bakıda “maşın bazarın”da güclü yanğın - YENİLƏNİB + FOTO + VİDEO

Bakıda “maşın bazarın”da güclü yanğın - YENİLƏNİB + FOTO + VİDEO

Hadisə yerinə 20-dək yanğınsöndürən maşın cəlb edilib.

Bakının Nizami rayonunda “maşın bazarı” kimi tanınan ərazidəki mağazaların birində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a bildiriblər ki, dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunub.

APA saytının məlumatına görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını hadisə yerində yanğının qarşısını almağa çalışırlar .
 
Qeyd olunur ki, yanğın bazarın giriş hissəsində yerləşən15-20 mağazaya yayılıb.  

21:37

Bakının Babək prospektində “maşın bazarı” adlanan ərazidə güclü yanğın başlayıb.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə yerinə 5-dən çox yanğınsöndürən avtomobili cəlb olunub.

Hazırda prospektin hər iki istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.

0
31