Mübariz Qurbanlı: Turistlərin ibadət etmələri üçün şərait yaradılıb

Mübariz Qurbanlı: Turistlərin ibadət etmələri üçün şərait yaradılıb

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müəyyən hazırlıq işləri görüb”.

Azərbaycanda keçiriləcək “Formula-1” yarışları ilə əlaqədar olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də müəyyən hazırlıq işləri görüb.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

“Biz həm sinaqoqlarda, həm kilsələrdə, eyni zamanda məscidlərdə müəyyən tədbirlər həyata keçirmişik. İbadət məkanlarında şərait olsa da, gələcək qonaqların, turistlərin sayı nəzərə alınaraq onların öz dini ayinlərini həyata keçirə bilmələri üçün əlavə tədbirlər görülüb, şərait yaradılıb”, - deyə M.Qurbanlı əlavə edib.

0
9