Bakıda iki fahişəxana aşkarlanıb

Bakıda iki fahişəxana aşkarlanıb

Bununla bağlı əməliyyat keçirilib.

Bakıda yaşadıqları evdə əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində Ucar rayon sakini Məlahət Abdullayevanın kirayədə yaşadığı mənzildə, həmçinin, Bakı şəhər sakini Rövşən Fətullayevin və Tərtər rayon sakini Rauf Əhmədovun paytaxtın Nizami rayonu ərazisindəki mənzillərində əxlaqsızlıq yuvaları təşkil etmələri müəyyən edilib.

Hər iki faktla əlaqədar cinayət işi başlanıb.

0
42