Milli parklarda velosiped yolları salınacaq

Milli parklarda velosiped yolları salınacaq

“Elə ərazilər var ki, bir aya iki marşrut salmaq olar”.

“Tapşırıq veriləcək ki, bütün milli parklarda velosiped yolları salınsın”.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

O bildirib ki, velosiped yollarının salınması ideyası müsbətdir:

“Bu, bir qədər vaxt aparan işdir. Elə ərazilər var ki, bir aya iki marşrut salmaq olar. Amma elə yerlər də var ki, möhkəmləndirilmə işləri aparılmalıdır”.

0
32