Braziliya gözəlinin evdə meyiti tapıldı – FOTO

Braziliya gözəlinin evdə meyiti tapıldı – FOTO

Polis müfəttişi hadisə ilə bağlı açıqlama verib.

2004-cü ildə Braziliya gözəli seçilən Fabiane Niclotti evində ölü tapılıb.

Oxu.Az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qardaşı 31 yaşlı modeldən xəbər tuta bilmədikdən sonra polis bölməsinə müraciət edib.

Polis müfəttişi Gustavo Barcellos mətbuata açıqlamasında ölkənin cənubunda yerləşən Gramado şəhərindəki evində modelin cansız bədəni ilə qarşılaşdığını söyləyib.

Braziliya gözəlinin bədənində hər hansı zorakılıq izi aşkarlanmayıb.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

Aytən Sadıqzadə

0
24