Azərbaycanın “Bonaqua” suyu “Möhtəşəm dad” beynəlxalq mükafatına layiq görülüb

Azərbaycanın “Bonaqua” suyu “Möhtəşəm dad” beynəlxalq mükafatına layiq görülüb

“Bonaqua” içməli suyu Belçikada yerləşən Beynəlxalq Dad və Keyfiyyət İnstitutu (“The International Taste & Quality Institute” – iTQi) tərəfindən “Superior Taste Award” (“Möhtəşəm dad”) mükafatına layiq görülüb. “Superior Taste Award” mükafatına layiq olan məhsul onun dünya şöhrətli, Mişlen ulduz sahibləri olan aşpaz və qida ekspertləri tərəfindən qiymətləndirilərək dad keyfiyyətlərinin yüksək standartlara uyğun olmasını bildirir.

“Bonaqua” suyu dünyanın ən iri sərinləşdirici içki istehsalçısı olan “Coca-Cola” şirkətinin 500 brendindən biri olmaqla “Azerbaijan Coca-Cola Bottlers” tərəfindən istehsal edilir.

““Superior Taste Award” dünyada qida və içki məhsulları üzrə ən mühüm beynəlxalq mükafatlardan biridir. Biz bütün məhsullarımızın, özəlliklə də sözügedən nüfuzlu mükafata layiq görülmüş “Bonaqua” suyunun möhtəşəm dadı və yüksək keyfiyyəti ilə qürur duyuruq. Yüksək keyfiyyət və möhtəşəm dada malik “Bonaqua” suyunu seçdiklərinə görə bütün istehlakçılarımıza minnətdarlığımızı bildiririk və verdikləri yüksək qiymətə görə münsiflər heyətinə təşəkkür edirik””, - deyə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel qeyd edib.

Belçikanın Brüssel şəhərində yerləşən və böyük nüfuza malik olan iTQi təşkilatı dad göstəricilərinə görə qida və içki məhsullarının qiymətləndirilməsi və sertifikatlaşdırılmasını həyata keçirən dünyanın aparıcı qurumlarındandır. 13 tanınmış somelyedən təşkil olunmuş münsiflər heyəti “Bonaqua” sularının dad keyfiyyətlərini analiz ediblər.

Münsif qismində ixtisaslaşmış dequstasiya mütəxəssisləri və öz sahəsinin nüfuzlu ekspertləri çıxış ediblər. Sözügedən münsiflər heyətinin tərkibi Avropanın 15 ən nüfuzlu kulinariya və somelye assosiasiyalarından seçilir.

Qeyd edək ki, “Azerbaijan Coca-Cola Bottlers” şirkəti “Bonaqua” məhsullarının istehsalı prosesində tanınmış Şollar suyundan istifadə edir.

Təhlükəsizlik və ən yaxşı dad keyfiyyətlərinin təminatı üçün su bir neçə mərhələdə təmizlənir. Son məhsul formasında alıcılara təqdim edilən “Bonaqua” suyu Azərbaycanda qida sənayesində mövcud qanunvericiliyin tələblərinə tam uyğun olmaqla yanaşı, bütün beynəlxalq keyfiyyət standartlarına, o cümlədən “Coca-Cola” şirkətinin daha yüksək tələb və normalarına cavab verir. 

“Azerbaijan Coca-Cola Bottlers” 1994-cü ildən etibarən fəaliyyət göstərərək ölkədə “Coca-Cola” şirkətinin məhsullarının istehsalçısıdır. “Coca-Cola”nın Azərbaycandakı zavodu alkoqolsuz içkilərin istehsalı üzrə ən müasir texnologiyalarla təchiz olunub və hazırda 9 adda yüksək keyfiyyətli brend içkilərinin istehsalını həyata keçirir.

“Coca Cola” şirkəti haqqında:

“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “FUZE TEA” və “Del Valle” kimi brendlər aiddir.

Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir.

Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir.

Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

0
30