Terroru törədən "canlı bomba"lar bu ölkələrin vətəndaşlarıdır

Terroru törədən "canlı bomba"lar bu ölkələrin vətəndaşlarıdır

HavaLimanında partlayış törədən terrorçuların hansı ölkə vətəndaşları olduğu müəyyənləşib.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, terrorçulardan biri Dağıstan sakini olan Rusiya vətəndaşıdır. Digər iki terrorçunun isə Qırğız və Özbəkistan vətəndaşı olduğu məlum olub.

Qeyd edək ki, iyunun 28-də aeroportda törədilən partlayış nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb. İstanbulda  bu gün keçirilən əməliyyat zamanı terror hadisəsi əlaqəsi olan 13 nəfər saxlanılıb. Onlardan 3-ü əcnəbidir.

0
18