Azərbaycanda qazobeton məhsullarının satışı ilə məşğul olan yeganə şirkət

Azərbaycanda qazobeton məhsullarının satışı ilə məşğul olan yeganə şirkət

“Gobustone” MMC istehsalçı “AAC” MMC-nin eksklüziv dileridir.

“Gobustone” MMC

Gobustone MMC yüksək keyfiyyətli tikinti materialı olan “gobustone” məsaməli hörgü bloklarının və müxtəlif çeşidli əhəng məhsullarının satışı ilə məşğuldur. “Gobustone” MMC Azərbaycanda qazobeton məhsullarının satışı və distribüsiyası ilə məşğul olan yeganə şirkətdir və istehsalçı “AAC” MMC-nin eksklüziv dileridir. 

İlk dəfə 2011-ci ildə ölkənin inşaat bazarına təqdim olunan “gobustone” brendi qısa bir zamanda tikinti sahəsində tanındı. Ölkənin inşaat sektoru üçün yeni olan məsaməli hörgü blokları bir çox sahələrdə öz tətbiqini tapdı və bir sıra uğurlu layihələr ilə öz populyarlığını artırdı. Hazırda “gobustone” məsaməli hörgü blokları ölkənin inşaat bazarında lider tikinti brendlərindən biridir və öz üstünlükləri sayəsində tikinti şirkətləri və fiziki şəxslər tərəfindən geniş istifadə olunur.

Azərbaycanda fəaliyyət göstərən tikinti materialları bazarında lider şirkətlərdən biri olmaqla yanaşı, “Gobustone” MMC eyni zamanda öz korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində Azərbaycanı milli irsinin qorunması və təbliği sahəsinə də böyük diqqət göstərir.

Bu məqsədlə Azərbaycan ərazisində yerləşən ilk insan məskənlərindən olan Qobustanın qayaüstü təsvirlərinin təbliği ilə əlaqədar olaraq maraqlı layihə həyata keçirib. Qayaüstü təsvirlərinin təbliği üçün ən gözəl vasitə kimi kişi qalstuku seçilib. İtaliya qalstuk ustaları və dizaynerləri tərəfindən qaya üstü təsvirlər xüsusi dizaynla qalstuk üzərində yerləşdirilib,  ona xüsusi tərtibat verilib.

Qalstuk iki rəngdən ibarətdir, qara və zoğalı. Sayı məhdud olan bu qalstuklar öz original qutusu ilə də fərqlənir. Qutuda insanlara Qobustan tarixi, eləcə də “Gobustone” MMC haqqında geniş məlumat verə biləcək balaca kitabça da yer alıb.

Siz də hamıdan fərqlənmək və diqqət çəkmək istəyirsinizsə, o zaman üzərində Azərbaycan tarixi əks olunan qalstuklardan istifadə edin.

Qalstuk

“Gobustone” MMC həmişə yeni-yeni layihələri ilə diqqət çəkib. Şirkət bir müddət əvvəl Memarlıq və İnşaat Universitetində məsaməli hörgü blokları ilə bağlı magistr işi yazan tələbələrə təqaüd almaq imkanı yaradıb.

Bundan başqa, şirkət aylıq təqaüd verməklə yanaşı, həmin tələbələri 6 ay müddətində “Gobustone MMC”- də tam təmənnasız təcrübə keçməyə dəvət edib.

0
23