ABŞ Evansın işğal altındakı Azərbaycan ərazilərinə səfər etməsinə münasibət bildirib

ABŞ Evansın işğal altındakı Azərbaycan ərazilərinə səfər etməsinə münasibət bildirib

“ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır”.

“Səfir Evans artıq ABŞ hökumətinin əməkdaşı deyil, sıravi vətəndaşdır. Biz sıravi vətəndaşlara Dağlıq Qarabağa səfər etməkdən çəkinməyi tövsiyə edirik”.

Oxu.Az-ın xəbərinə görə, bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən bu ölkənin Ermənistandakı keçmiş səfiri Con Evansın Dağlıq Qarabağa səfər etməsinə münasibət açıqlayarkən bildirilib.

Səfirlikdən qeyd olunub ki, ABŞ, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımır. 

Qeyd edək ki, C. Evans “Ermənistan uşaqları” Fondunun Direktorlar Şurasının müşaviri qismində fondun sədri ilə birlikdə özünü Dağlıq Qarabağdakı qondarma rejimin lideri adlandıran Bako Saakyanla görüşüb.

C. Evans 2004-2006-ci illərdə ABŞ-ın Ermənistanda səfiri olub.

Azərbaycan XİN onun adının arzuolunmaz şəxslər siyahısına daxil ediləcəyini açıqlayıb.

0
18