İyulun ilk günü rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

İyulun ilk günü rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

Şimal-qərb küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.

0
55