Rəqsanə qızının ayrılmasından danışdı: "Bakıya gələ bilmədilər"

Rəqsanə qızının ayrılmasından danışdı: "Bakıya gələ bilmədilər"

Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılovanının nişanının qaytarması xəbərinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, qızı ayrılmayıb: “Mənim övladımın nişan mərasimi baş tutdu ki, pozulsun? Ayıbdır, işin əslini bilmədən, araşdırmadan necə belə xəbərlər yaza bilirlər?! Mən açıqlamamda demişdim ki, əlbəttə övladımın xoş gününü gizlətməyəcəyəm. Ola bilsin Aysunun nişanını da Yağmurun doğum günü ilə bir vaxta saldıq, amma hələ dəqiq deyil. Aysun və Ali türkiyədəki işləri ilə əlaqədar ayın 28-i Bakıya gələ bilmədilər və biz nişan tarixini dəyişməyə qərar verdik. Reytinq xatirinə də öyrənmədən xəbər yazmaq olmaz axı, özü də bu müqəddəs ayda.... Qələminə hörmət etdiyim jurnalistlərə zamanı gəldikdə mətbuat katibim nişan haqqında məlumat verəcək. O vaxta qədər öyrənmədən, araşdırmadan övladımın gələcəyi ilə bağlı absurd xəbərlər yazıb, onun adını hallandırmayın!"


Xatırladaq ki, R.İsmayılova iyunun 28-də paytaxt məkanlarının birində kiçik qızı Yağmura ad günü qeyd edib. İfaçı ad günü keçirmədən bir müddət öncə açıqlama verərək bildirmişdi ki, Yağmurun ad günü ilə Aysunun nişanını eyni günə salacaq.

Qeyd edək ki, məşhurun gələcək kürəkəni Ali də öz şəxsi “instagram” hesabında yayılan xəbərin yalan olduğunu bildirib.

0
14