“Amburan Mall”da “CinemaPlus” kinoteatrı açılır – FOTO

“Amburan Mall”da “CinemaPlus” kinoteatrı açılır – FOTO

Kinosevərləri unudulmaz sürprizlər gözləyir.

İyul ayında Xəzərin sahilində müasir premium kinoteatrın açılışı olacaq. “CinemaPlus” Amburan  adlanan yeni kinoteatr Bilgəh qəsəbəsində “Amburan Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşir.

Oxu.Az xəbər verir ki, “CinemaPlus” Amburan 164 yerdən və 3 zaldan ibarətdir. Kinoteatrın zalları İspaniya istehsalı olan yüksək keyfiyyətli rahat kreslolarla təchiz edilib. Həmçinin kinoteatrda “Master İmage 3D” texnologiyası tətbiq olunur.

Tamaşaçılar VİP zalda şəxsi masalı kreslolarda film izləmək, kinoseans zamanı qida və içkilər sifariş etmək şansını əldə edə biləcəklər.

Kinosevərlərə unudulmaz anlar və mükəmməl istirahət bəxş etmək yalnız bununla bitmir. Təbii ki, əla film izləmək və bu istirahətdən popkorn və sərin içkilərsiz həzz almaq mümkün deyil. Belə ki, burada rahat və xoş istirahət üçün geniş çeşidə malik popkorn, şəkər pambığı və buzlu alkaqolsuz kokteyllər də təklif olunur.

Qeyd edək ki, may ayında Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə “CinemaPlus” Khamsa kinoteatrının açılışı olub. Kinoteatr Nizami 8 ünvanında, “Xəmsə Park” ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

“CinemaPlus” 28 Mall isə Bakı şəhəri, Azadlıq prospekti 45 ünvanında, “28 Mall” ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Daha ətraflı məlumat əldə etmək məqsədilə İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8 

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Aytən Sadıqzadə

0
24