İŞİD-in təhdid xəritəsi yayıldı: Hansı ölkələr nəzarətdədir?

İŞİD-in təhdid xəritəsi yayıldı: Hansı ölkələr nəzarətdədir?

İŞİD terror təşkilatının dünya üzərindəki gücünü göstərən qrafik və xəritə yayıldı. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qrafiki İŞİD ilə əlaqəli olan "Amaq" xəbər agentliyi yayıb. Özü də İstanbul Atatürk Hava limanındakı partlayışdan bir neçə saat sonra. Sizə təqdim etdiyimiz qrafikdə də gördüyünüz kimi İŞİD əvvəlcə ən güclü olduğu bölgələri təqdim edilir. Və məlum olur ki, Türkiyə İŞİD-in ən çox təhdid etdiyi ölkələr arasındadır.

Təqdim edilən qrafikdə terror təşkilatının təsir gücü 3 hissəyə bölünüb.

1-ci hissədə İŞİD-in tam nəzarətində və gizli məkanların olduğu bölgələr göstərilir. Qrafikdən belə məlum olur ki, bu bölgələr Suriya və İraqdır. Və ən çox da burada fəaliyyət göstərirlər.

2-ci hissədə orta dərəcədə nəzarət edilən yerlər qeyd edilir. Burada artıq 10 ölkənin adı çəkilir:

Orta Asiyada Əfqanıstan, Yəmən, Afrikada Somali, Nigeriya, Niger, Şimali Afrikada Misir, Liviya, Şərqi Avropada Çeçenistan, Dağıstan, Uzaq şərqdə isə Fillipin…

3-cü hissədə İŞİD-in gizli fəaliyyət göstərildiyi 7 ölkənin də adı sıralanır. Və bunların çoxu son vaxtlarda terror təşkilatının hədəfi olub:

Səudiyyə Ərəbistanı, Türkiyə, Əlcəzair, Fransa, Tunis, Livan, Banqladeş.

İngilislərin "Daily Mail" qəzetinin internet saytında İŞİD-in hədəfində və ən çox təhlükəli olan ölkələrin xəritəsi yer alıb. Bunlar Türkiyə, Rusiya, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, Mərakeş, Əlcəzair və Tunisdir.

Xəritədə İtaliya, İslandiya, İsveç və Yunanıstan əsasən risk altında olan ölkələr kimi qeyd edilir.

0
26