Erməni əsgəri təxris olunmasına bir gün qalmış öldü

Erməni əsgəri təxris olunmasına bir gün qalmış öldü

Dalğıclar və xilasedicilər suyun altından onun meyitini çıxarıblar.

İyunun 29-da Nubaraşen polis bölməsinə rayon ərazisində süni su hövzəsində bir nəfərin boğulması haqqında məlumat daxil olub. 

Oxu.Az xəbər verir ki, bu barədə “Novosti-armeniya” məlumat yayıb. 

Məlumata görə, hadisə yerinə toplaşanlar ölən şəxsin Artik şəhərinin 29 yaşlı sakini Edqar Çaxlyanın olduğunu bildiriblər. 

O, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edirdi və bu gün təxris olunmalı idi. 

Dalğıclar və xilasedicilər sudan onun cəsədini çıxarıblar. 

0
16