Dünyanın ən iri almazının satışı baş tutmadı

Dünyanın ən iri almazının satışı baş tutmadı

Onun 86 milyon dollara alınacağı gözlənilirdi.

Londonda “Sotheby’s” hərracında “Lesedi la Rona” adı alan və dünyanın ən iri almazının satışı baş tutmayıb.  

Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Almazın 86 milyon dollara alınacağı gözlənilirdi, bununla da o, tarixdə ən qiymətli daş olacaqdı. Amma almaz üçün təklif edilən ən yüksək qiymət 61 milyon dollar olub – bu isə satıcı tərəfindən nəzərdə tutulan ehtiyat qiymətindən də az idi. 

“100 ildən də çox bundan öncə tapılan almazın qiyməti Londonun ən qalın pulqabılarına sahib olanlar üçün də yüksək oldu”, - nəşr qeyd edib. 

“Lesedi la Rona” (tsvan dilindən tərcümədə “Bizim işıq” deməkdir) “Lucara Diamond Corp” şirkətinə məxsus Botsvandakı şaxtada tapılıb. Onun çəkisi 1110 karat, təxminən 222,2 qramdır. 

Almazın satışı şirkətə rüblük gəlir məbləğində vəsait qazandıra bilər. 

0
17