Qazaxıstanda ekstremist ələ keçməmək üçün özünü partlatdı

Qazaxıstanda ekstremist ələ keçməmək üçün özünü partlatdı

O, islamın radikal sələfi cərəyanının tərəfdarıdır.

Qazaxıstanın Karaqanda vilayətində saxlanılmasına cəhd edilən radikal islamçı ekstremistlərdən biri özünü partladıb, daha altı nəfər göz altına alınıb. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) rəhbəri Vladimir Jumakanova bildirib. 

MTK-nin rəhbərinin sözlərinə görə, saxlanılan şəxslər islamın radikal sələfi cərəyanının tərəfdarıdırlar. Jumakanov qeyd edib ki, Karaqanda vilayətindəki əməliyyatın Aktobedəki hücum ilə əlaqəsi yoxdur. 

Bu ərəfədə respublika MTK Balxaş şəhərində və Karaqanda vilayətinin Qulşat yaşayış məntəqəsində əldəqayırma partlayıcı vasitələrin yardımı ilə terror aktlarını həyata keçirməyi planlaşdıran radikal qrupun fəaliyyətinin qarşısının alınmasına dair məlumat yayıb.   

0
12