Bill Kosbi elmlər doktoru dərəcəsindən məhrum edildi

Bill Kosbi elmlər doktoru dərəcəsindən məhrum edildi

Universitet tarixində ilk dəfə olaraq bu cür qərar qəbul edib.

Konnektikut Universiteti aktyor, rejissor, prodüser Bill Kosbiyə 1996-cı ildə verilən elmi dərəcəni ləğv edib. Müvafiq tədbirlər ulduzun ətrafında baş verən qalmaqal ilə əlaqədar həyata keçirilib.

Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Kosbi 50 ildir qadınlara təcavüz etməkdə ittiham edilir. Hazırda araşdırma aparılır. Aktyorun nümayəndələri isə elmi dərəcənin ləğv edilməsinə dair heç bir şərh verməyiblər.

Aytən Sadıqzadə

0
16