Şəmkirdə ağır qəza: Ölənlər var - YENİLƏNİB

Şəmkirdə ağır qəza: Ölənlər var - YENİLƏNİB

Ölənlərin kimliyi məlum olub.

Bu gün Şəmkirdə baş vermiş ağır qəza nəticəsində ölənlərin  kimliyi məlum olub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, VAZ 2106 minik avtomobilinin sürücüsü, 1969-cu il təvəllüdlü Mürvət Məmmədov və sərnişin, 1971-ci il təvəllüdlü Rafiq Verdiyevdir.

Onların hər ikisinin Şəmkir sakini olduğu bildirilir.

22:03

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə 

“Mercedes” markalı yük avtomobili ilə VAZ 2106 minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb. Ehtimal olunur ki, ölənlər minik avtomobilinin sürücüsü və sərnişinidir. 
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

0
29