“Gabala Shooting Club” qonaqlara atıcılıqla istirahət təklif edir

“Gabala Shooting Club” qonaqlara atıcılıqla istirahət təklif edir

Atıcılıq klubu olan “Gabala Shooting Club” elə bir müəssədi ki, burada dünya standartlarına cavab verən peşəkar idman bazası həm yerli qonaqlar, həm də turistlər üçün mədəni əyləncə mərkəzini özündə birləşdirir. Apasport.az saytının məlumatına görə, klubda peşəkar idmançıların vacib startlara hazırlaşması və onların asudə vaxtını idmana həsr etməsi, sağlam yaşayış tərzi sürməsi üçün şərait yaradılıb.

Klubun ərazisində stend atıcılığı üçün 5 kombinə olunmuş meydança, sportinq üçün 8 meydança, güllə atıcılığı üçün 3 tir, kamandan oxatma üçün meydança mövcuddu. Həmçinin gecə atıcılığı, peyntbol və straykbol üçün şərait yaradılıb.

Klubda qonaqların komfortla yerləşdirilməsi üçün otel, həmçinin əla Azərbaycan, gürcü və Avropa mətbəxinə malik restoranlar fəaliyyət göstərir. Buraya gələnlər üçün yüksək səviyyəli personal xidmət edir, dağ meşələrinə gözəl panorama açılır.

Qeyd edək ki, “Gabala Shooting Club”un ərazisində idman atıcılığı üçün lazım olan bütün şəraitə malik Atıcılıq Məktəbi də var. Bu sahədə əsil peşəkar məşqçilər işləyirlər.

“Gabala Shooting Club”da Olimpiya yarışları zamanı istifadə olunan və beynəlxalq yarışların, həmçinin təlim-məşq toplanışlarının keçirilməsi üçün hər cür texniki avadanlıq mövcüddu. Şəxsi istifadə üçün idman ovçuluq ləvazimatları almaq istəyən qonaqlar onu klubun ərazisini tərk etmədən “Gabala Sport Store” mağazasından əldə edə bilərlər.

0
20