Göyçayda iş adamını qanına qəltan etdilər

Göyçayda iş adamını qanına qəltan etdilər

Qətli törədən şəxs hadisə yerindən qaçıb.

Göyçay rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 30-da saat 01:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev küçəsi, 24 saylı mənzildə qeydə alınıb.

Ev sahibi, 1963-cü il təvəllüdlü Kərimov Cəbrayıl İsmayıl oğlu evə girən naməlum şəxs tərəfindən yatdığı yerdə amansızlıqla qətlə yetirilib.

Bədənin müxtəlif nahiyələrindən 16 bıçaq xəsarəti alan Cəbrayıl Kərimov hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxsin Ağdam rayon sakini olduğu bildirilir.

Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, iş adamı olan Cəbrayıl Kərimov uzun illərdir Göyçay rayonunda kafe və restoran xidməti ilə məşğul olurdu.

0
18