Bakıda yeni rəsmi diler – Toyota Abşeron Mərkəzi fəaliyyətə başladı

Bakıda yeni rəsmi diler – Toyota Abşeron Mərkəzi fəaliyyətə başladı

İyunun 24-də Bakıda yeni rəsmi “Toyota” dilerinin açılış tədbiri baş tutub. Məşhur yapon markasının həvəskarlarının tez-tez ziyarət edəcəyi bu yeni məkan Toyota Abşeron Mərkəzi adlanır.

Marağa səbəb olan açılış həm yerli, həm də xarici qonaqların iştirakı ilə keçib. Mərkəzin direktoru Cəmil Məmmədov tədbirin ilk çıxışını edərək qonaqları salamlayıb və yeni rəsmi diler haqqında qısa məlumat verib.

Daha sonra “Toyota Caucasus”un rəhbəri Mitsuro Konişiyə və Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşiyə söz verilib. Çıxışlardan sonra isə “Toyota Caucasus” və Toyota Abşeron Mərkəzi arasında dilerlik müqaviləsi imzalanıb. 

Tədbirin rəsmi hissəsi bitdikdə qonaqlar yeni salon və servis mərkəzi ilə tanışlıq imkanı əldə ediblər. Qafqazda yalnız Toyota Abşeron Mərkəzində olan “Toyota”nın GOLD konsepsiyasında hazırlanmış salon xüsusi diqqət çəkib. 

Belə ki, tamamilə şəffaf konsepsiya ziyarətçilərin ustaların işini izləməsinə və bütün prosesləri öz gözləri ilə görməsinə şərait yaradır. Qeyd edək ki, sərgi salonunun və servis hissəsinin ümumi sahəsi 1000 m2-dir.

Burada həm yeni “Toyota” avtomobillərinin satışı həyata keçiriləcək, həm zəmanət üzrə servis, həm də avtomobillərin ümumi təmiri xidməti göstəriləcək. Həmçinin, Toyota Abşeron Mərkəzi müştərilərin qarşısına təlimlərdən keçmiş peşəkar ustaları və böyük ehtiyat hissələri bazası ilə çıxır. 

Yeni rəsmi “Toyota” dileri müştərilərin rahatlığı üçün komfortlu istirahət zonası ilə təmin edilib. Üstəlik şəhərin yeni istiqamətində yerləşməsi “Toyota” servisini bir çoxlarına daha yaxın edərək işlərini asanlaşdıracaq. İlkin tanışlıq üçün siz də Bakı-Sumqayıt şosesi 6-cı km. ünvanında yerləşən Toyota Abşeron Mərkəzini ziyarət edə bilərsiniz. 

Əlavə məlumat üçün:
Tel.: +994 12 349 00 60 / *0110
Email: info@toyota-absheron.az
Web: www.toyota-absheron.az

0
173