Ştaynmayer bu gün Azərbaycana gəlir

Ştaynmayer bu gün Azərbaycana gəlir

Almaniyanın XİN rəhbərinin İlham Əliyevlə görüşü planlaşdırılır.

Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər nazir Frank-Valter Ştaynmayer Azərbaycana işgüzar səfərə gələcək.

Oxu.Az xəbər verir ki, səfər zamanı Ştaynmayerin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. 

Görüşlərdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, Almaniyanın XİN rəhbəri ötən gün Ermənistanda səfərdə olub.

0
8