KİV: İstanbul terrorçuları tacik çıxdı

KİV: İstanbul terrorçuları tacik çıxdı

İstanbuldakı terror aktını Tacikistan əsilli terrorçular törədib.

APA-nın məlumatına görə, Tacikistan əsilli olduqları bildirilən üç canlı bombanın fotoşəkilini “Milliyyət” dərc edib.

Onların şəxsiyyətləri  hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, iyunun 28-də İstanbul Hava Limanında törədilən partlayış nəticəsində 42 nəfər ölüb, 238 nəfər yaralanıb.

İlkin ehtimala görə, terror aktının arxasında İŞİD dayanır.

0
12