Maşın məktəbliləri vurdu: 7 yaralı

Maşın məktəbliləri vurdu: 7 yaralı

Yaponiyanın Kaidzu şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, bu barədə NHK telekanalı xəbər verib.

Naməlum sürücü idarə etdiyi avtomobillə bir qrup məktəblini vurub. Nəticədə 10-12 yaşlı məktəblilərdən 7-si müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

0
14