Britaniyanın yeni baş naziri kim olacaq?

Britaniyanın yeni baş naziri kim olacaq?

Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey Mühafizəkarlar Partiyasının lideri və baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

APA-nın məlumatına görə, bu barədə “The Times” qəzeti yazıb.

Partiya sədrliyinə namizədlərin irəli sürülmə prosesi iyunun 29-da başlayıb.

Qəzetin yazdığına görə, böyük ehtimalla  Tereza Meyin baş nazir postu uğrunda əsas rəqibi sabiq London meri Boris Conson olacaq.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron yaxın aylarda istefa verəcəyini açıqlayıb. O, ölkənin Avropa İttifaqından çıxması ilə  bağlı referendumun nəticələrinin elan olunmasından sonra Britaniyanın yeni liderə ehtiyacı olduğunu bildirib.

0
15