Məşhur aktyor xəstəxanada dünyasını dəyişdi

Məşhur aktyor xəstəxanada dünyasını dəyişdi

Türkiyənin məşhur aktyoru dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, uzun müddət xəstəxanada müalicə alan aktyor Nezih Tuncay ölüb. Bu barədə sənətçinin oğlu Semih Tuncer sosial şəbəkədə məlumat yayıb.

“Canım atam Nezih Tuncayı bü gün itirdik. Bu çətin günlərdə bizi dəstəkləyən bütün dostlara çox təşəkkür edirəm. Allah heç kimi sevdiyindən ayırmasın”. Nezih Tuncay 71 yaşında yaşında olub. Aktyor və ssenarist, Nezih Tuncay 1984-cü ildən kinolarda çəkilməyə başlayıb. Onun sonuncu çəkildiyi film “Dünyanın ən gözəl qoxusu” olub. O, türk sənət adamlarının çoxusu ilə filmlərdə çəkilib.

0
18