Rusiyalı jurnalisti Türkiyəyə buraxmadılar

Rusiyalı jurnalisti Türkiyəyə buraxmadılar

Türkiyə hökuməti “Ria Novosti” agentliyinin müxbiri Dmitri Vinoqradovun ölkəyə girişinə qadağa qoyub.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Atatürk hava limanında baş vermiş terror aktını işıqlandırmaq üçün İstanbula gedən müxbir ölkəyə buraxılmayıb.

Vinoqradovun sözlərinə görə, Sabiha Gökçen adına hava limanında yoxlanış zamanı ona bildirilib ki, soyadı qara siyahıya salınıb.

“Mənə hakimiyyət qüvvələri tərəfindən niyə ölkəyə buraxılmadığımla bağlı nə bir sənəd göstərildi, nə də ki, məlumat verildi”, - deyə müxbir söyləyib.

O, hazırda Moskvaya göndərilmək üçün müvəqqəti gözləmə otağında saxlanılır.

0
16