Yıldırım: “Aeroportlarda təhlükəsizlik gücləndiriləcək”

Yıldırım: “Aeroportlarda təhlükəsizlik gücləndiriləcək”

İstanbulda baş verən terror aktından sonra  hava limanlarında təhlükəsizlik tədbirləri gücləndiriləcək.

APA-nın “Hürriyət”-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib.

“Hava limanlarının mühafizəsinə dair müvafiq tədbirlərin görülməsi zəruridir. Biz aeroportlarda təhlükəsizliyi gücləndirəcəyik. ”, deyə B.Yıldırım bildirib.

Onun sözlərinə görə, böyük ehtimalla terror aktını İŞİD terror qruplaşması törədib.

Qeyd edək ki, ötən axşam Atatürk Hava Limanında törədilən partlayışlar nəticəsində 41 nəfər ölüb, 239 nəfər yaralanıb.

0
16