“Playboy” Azərbaycandan yazdı

“Playboy” Azərbaycandan yazdı

Jurnal Azərbaycan qızları haqqında yazını mətndən çıxarıb.

Məşhur erotik “Playboy” jurnalının Polşa versiyasının iyun nömrəsində Azərbaycana həsr edilmiş material dərc olunub.

Oxu.Az xəbər verir ki, Virtualaz.org-un əməkdaşı yazının müəllif Martsin Kasprçakla əlaqə saxlayıb. 

Müəllif jurnalda Azərbaycanla bağlı dərc ediləcək materiala aydınlıq gətirib.

“Mən apreldə Bakıda oldum. “Playboy” jurnalında biz Azərbaycan mətbəxi, ölkənin iqtisadiyyatına neftin təsiri, Bakının mərkəzindəki binalar, Tiffany və Four Seasons kimi möhtəşəm obyektlər barədə yazmışıq. Bu məqalələrdən biri Heydər Əliyev Mərkəzi layihəsinin müəllifi, mərhum memar Zaha Hadidə həsr olunub”.

Amerika brendi olan “Playboy” bütün dünyada erotik jurnal kimi tanınır. Lakin Kasprçak bildirib ki, jurnal Azərbaycanla bağlı yazıda bu mövzudan yan keçib.

“Azərbaycan qızları haqqında yazı mətndən çıxarılıb. Onun yerinə böyük foto yerləşdirmək qərarına gəldik”, - deyə müəllif təəssüflə vurğulayıb.

Qeyd edək ki, “Playboy” jurnalı 1953-cü ildən dərc olunur. Bu illər ərzində “Playboy”da Elizabet Teylor, Madonna, Terner Lili, Demi Mur, Kim Bessindcer, Britni Spirs, Sindi Krouford, Kristina Aqilera, Pamela Anderson, Şeron Stoun, Culiya Roberts, Ancelina Coli kimi ulduzlar barədə yazılar dərc edilib.

Jurnalın təxminən 40 müxtəlif versiyası var. Polşa versiyası 1992-ci ildən işıq üzü görür. Jurnalın iyun nömrəsinin üz qabığını fotomodel Katarina Xmelin fotosu bəzəyir.

0
37