Formula-1 qurtardı, güllər yığışdırıldı

Formula-1 qurtardı, güllər yığışdırıldı

Gül dibçəkləri “Tarqovı”da Formula-1 yarışından əvvəl quraşdırılmışdı.

Bakı şəhər İcra hakimiyyətinin əməkdaşları paytaxtın mərkəzində evlərin eyvanlarında quraşdırılmış gülləri yığışdırıblar.

Oxu.Az-ın məlumatına görə, bu barədə bloqer Mehman Hüseynov öz Facebook səhifəsində yazıb.

Qeyd olunur ki, gül dibçəkləri “Tarqovı” adlanan küçədə Formula-1 Avropa Qran Prisindən öncə quraşdırılmışdı.

“Lakin turistlər şəhəri tərk edən kimi, məmurlar Bakı sakinlərindən gülləri geri almaq qərarına gəlib”, - bloqer yazır.  

0
14