Con Evans işğal edilmiş Azərbaycan torpaqlarına səfər edib

Con Evans işğal edilmiş Azərbaycan torpaqlarına səfər edib

O, Ermənistanda ABŞ səfiri vəzifəsində çalışıb.

ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans Dağlıq Qarabağa səfər edib.

Oxu.Az news.am-a istinadən xəbər verir ki, o, “Ermənistan uşaqları” Fondunun Direktorlar Şurasının müşaviri qismində fondun sədri ilə birlikdə özünü Dağlıq Qarabağdakı qondarma rejimin lideri adlandıran Bako Saakyanla görüşüb.

Xatırladaq ki, Con Evans 2004-2006-ci illərdə ABŞ-ın Ermənistanda səfiri olub.

0
22