“APA Holdinq” Bakı Şəhər Halqasının mükafatına layiq görülüb

“APA Holdinq” Bakı Şəhər Halqasının mükafatına layiq görülüb

“APA Holdinq” Bakı Şəhər Halqasının (BŞH) Əməliyyat Şirkətinin diplom və mükafatına layiq görülüb.

Apasport.az saytının məlumatına görə, BŞH-ın sədri, gənclər və idman naziri Azad Rəhimov iyunun 17-19-da Bakıda keçirilən “Formula-1” Avropa Qran-prisi haqqında ictimaiyyətdə məlumatlılığın artırılmasında, yarışla əlaqədar görülən işlərin davamlı şəkildə yüksək səviyyədə işıqlandırılmasında, yarış barədə operativ və ətraflı məlumat yayılmasında göstərdiyi böyük xidmətə görə “APA Holdinq”i diplom və xatirə hədiyyəsi ilə mükafatlandırıb.

Qeyd edək ki, “APA Holdinq” “Formula-1”lə bağlı müxtəlif yazılarla, həmçinin müsahibə, reportaj, fotosessiyalar və verilişlərlə izləyicilərini geniş məlumatlandırıb. Bununla yanaşı, yarışı onlayn verərək, pilotların açıqlamalarını təqdim edib.

0
17