Fransa Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara ev sahibliyi etməyə hazırdır

Fransa Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara ev sahibliyi etməyə hazırdır

Fransa və Rusiya XİN rəhbərlərinin görüşü baş tutub.

Paris Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni danışıqlara ev sahibliyi etməyə hazırdır.

Oxu.Az RİA Novsoti-yə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Mark Eyro rusiyalı həmkarı Sergey Lavrovla Parisdə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

“Biz Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Sergey Lavrov məni Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin Azərbaycandan və Ermənistandan olan həmkarları ilə apardığı danışıqların yekunu barədə məlumatlandırdı. Mən bir daha xatırlatdım ki, Parisdə yeni müzakirələrə ev sahibliyi etməyə hazırıq”, - Eyro deyib.

0
25