Xoşqədəmin əkizlərinə qurban kəsildi – FOTO

Xoşqədəmin əkizlərinə qurban kəsildi – FOTO

Aparıcı analıq məzuniyyətindən sonra yenidən efirə qayıtmağa hazırlaşır.

Bir neçə aydır Türkiyədə olan teleaparıcı Xoşqədəm Hidayətqızı, türkiyəli Doğuş və əkizləri Bakıya gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə X.Hidayətqızı İnstaqram hesabında məlumat verib.

O, şərhində yeni doğulan əkizlərinə qurban kəsildiyini yazıb:

“Ardamızın və Arınımızın qurbanı kəsildi. Ruslan qardaşımın anası niyyət etmişdi ki, nəvələri Bakıya gələn kimi qurban kəsəcək. Niyyəti qəbul olundu. Mən Allahımdan hər zaman milyonlar yox, ondan daha çox dostlar istəmişəm. Bu günümə şükürlər olsun. Mərhəmətli insanlarla bir aradayam, dostlarım onlardır”. 

Aparıcı artıq işə başlayacağını da vurğulayıb.

Aytən Sadıqzadə

0
17