"Canlı bomba"lardan birinin görüntüsü ortaya çıxdı

"Canlı bomba"lardan birinin görüntüsü ortaya çıxdı

Atatürk hava limanında terroru törədənlərdən birinin görüntüləri ortaya çıxıb.

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, görüntüsü peyda olan həmin terrorçunun adının Gilan olduğu da bəlli olub.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında terroru törədən 3 nəfər olub.

Bundan başqa, “Milliyyət”də verilən xəbərə görə, həmin terrorçuları hava limanına aparan taksi sürücüsü də gözaltına alınıb. Həmin şəxs ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

0
14