Rusiya Ermənistana silah tədarükünə başladı

Rusiya Ermənistana silah tədarükünə başladı

“Müqavilələrin 80%-i artıq imzalanıb”.

Ermənistanın 200 milyon dollar həcmində olan ixrac kreditinin hesabına əldə edilən Rusiya silahının tədarükü başlanılıb. 

Oxu.Az-ın “İnterfaks”a istinadən məlumatına görə, bu barədə Ermənistan müdafiə naziri Seyran Ohanyan bəyan edib.  

“Müqavilələrin 80%-i artıq imzalanıb. Tədarükün hazırlıq işləri aparılıb. Tədarüklərin bir hissəsi artıq başlanıb”, - Ohanyan Ermənistanın ictimai televiziyasına verdiyi müsahibəsində deyib. 

Tədarüklərin uzanma səbəblərini izah edərkən müdafiə naziri qeyd edib ki, “silahın nağd pul vəsaitinə alınması bir şeydir, dövlətlərarası kredit çərçivəsində alınması isə başqa şeydir”.

Daha öncə Ermənistan hökuməti və Rusiya Yerevana on il müddətinə 2018-ci ildən ödəmə şərti ilə dövlət ixrac kreditinin verilməsinə dair razılaşma imzalayıblar. 

“Rusiya Ermənistan tərəfinə bu ölkənin istehsalı olan cari razılaşmaya 1 saylı siyahısında qeyd edilmiş silahların tədarükünün maliyyələşdirilməsi məqsədi ilə 200 milyon dollar məbləğində ixrac krediti təqdim edir”, - Rusiyanın hüquq portalında dərc edilmiş məlumatda deyilir. 

Əlavəyə görə, Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəş sisteminin qurğularını və onun sursatlarını, “İqla-S” zenit raket komlekslərini, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat kompleksləri, ağır odsaçan “TOS-1A” sistemlərini, idarəedilən “9M113M” raketlərini, “RPQ-26” qumbaraatanlarını, “Draqunov” snayper tüfənglərini, zirehli “Tiqr” avtomobillərini, mühəndis və rabitə vasitələrini alacaq. 

0
14