Diqqət: Qara Qarayev prospektinin bir hissəsi bağlanır

Diqqət: Qara Qarayev prospektinin bir hissəsi bağlanır

Nizami rayonu Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar olaraq, iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılır. 

“Azəravtoyol” Açıq Səhimdar Cəmiyyətindən Oxu.Az-a daxil olan məlumata görə, məhdudlaşdırma Qara Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq.

Digər hərəkət istiqaməti üzrə, yəni R.Rüstəmov küçəsindən metronun Qara Qarayev stansiyası yerləşən əraziyə doğru hərəkətdə hər hansı bir məhdudlaşdırma tətbiq olunmur.

0
18