Lebedev Bakı və İrəvanın qan tökülməsini dayandıracaqlarına ümid edir

Lebedev Bakı və İrəvanın qan tökülməsini dayandıracaqlarına ümid edir

“Ümid edirik ki, hər iki tərəf iradə və müdriklik nümayiş etdirəcəklər”.

MDB-nin İcra Komitəsi Bakı və İrəvanın iradə və müdriklik nümayiş etdirərərk, tökülən qanın qarşısını alacaqlarına və sülh dialoqunun tezliklə bərpa edilməsi üçün imkan tapacaqlarına ümid edir.

Oxu.Az xəbər verir ki, bunu MDB icarə komitəsinin sədri Sergey Lebedev bəyan edib.

“Azərbaycan və Ermənistanın Müstəqil Dövlət Birliyində dostları və tərəfdaşları, hamımız səmimi qəlbdən  Bakı və İrəvanın iradə və müdriklik nümayiş etdirərərk, tökülən qanın qarşısını alacaqlarına və hər iki xalqın maraqları üçün sülh dialoqunun tezliklə bərpa edilməsi üçün imkan tapacaqlarına ümid edirik”, - Lebedev deyib, onun sözlərindən MDB İcra Komitəsini press-relizində sitat gətiriblər. 

O bildirib ki, “MDB üzv ölkələrinin prezidentləri və xarici işlər nazirləri artıq Azərbaycan və Ermənistan tərəfdaşlarına hərbi əməliyyatların dayandırlılması və münaqişənin sülh yolu ilə həllinin tapmaq istiqamətində addımlar atmaq xahişi ilə müraciət ediblər”. 

0
15