Bakıda Türkiyəyə dəstək aksiyası – VİDEO

Bakıda Türkiyəyə dəstək aksiyası – VİDEO

Vətəndaşlar “Var olsun Türkiyə”, “Terrora yox” kimi şüarlar səsləndiriblər.

Azərbaycanlılar Türkiyənin Bakıdakı səfirliyinin qarşısında toplaşıblar.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dünən İstanbulda baş verən terroru lənətləyən vətəndaşlarımız hadisənin qurbanı olan şəxslərin xatirəsinə ehtiramla yad edib, səfirliyin ətrafına gül dəstələri qoyublar.

Vətəndaşlar “Var olsun Türkiyə”, “Terrora yox” kimi şüarlar səsləndirərək hər zaman qardaş ölkənin yanında olduqlarını deyiblər. Bildiriblər ki, Azərbaycan xalqı hər zaman terrorla mübarizədə Türkiyənin yanındadır.

0
18