Roma Papası: "Hamı Türkiyə xalqı üçün dua etsin"

Roma Papası: "Hamı Türkiyə xalqı üçün dua etsin"

Roma papası Fransisk ötən gecə İstanbulun Atatürk hava limanında törədilmiş terror aktını pisləyib.

Lent.az-ın ria.ru-a istinadən məlumatına görə, terroru pisləyən Papa hamını Türkiyə xalqı üçün dua etməyə çağırıb: "Ötən axşam İstanbulda insanlığa sığmayan terror hadisəsi baş verib. Nəticədə isə  çox sayda ölən və yaralanalar var. Ölənlərə rəhmət diləyib, onların ailə üzvləri və türk xalqı üçün dua edək".

Qeyd edək ki, ötən axşam İstanbulun Atatürk hava limanında 3 yerdə partlayış baş verib. Son məlumatlara görə, terror aktı nəticəsində ölənlərin sayının 41 nəfərə çatıb, 239 nəfər isə yaralanıb. İlkin məlumatlara görə, terror aktı İŞİD terror təşkilatı tərəfindən törədilib.

0
13