Ştaynmayer Qarabağda münaqişənin gərginləşməsi imkanından danışdı

Ştaynmayer Qarabağda münaqişənin gərginləşməsi imkanından danışdı

“Biz bu təhlükənin qarşısını almaq üçün məsuliyyət daşıyırıq”.

“Dağlıq Qarabağ münaqişəsinin özündə gərginlik potensialı mövcuddur”.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ATƏT-in hazırkı sədri, Almaniya XİN-in rəhbəri Frank-Valter Ştaynmayer Berlində Cənubi Qafqaz regionuna səfərindən öncə bildirib. 

“ATƏT-də Almaniyanın sədrliyi müddətində biz atəşkəs konsolidasiyası, etimadın yaradılması və tezliklə danışıqların başlanması vasitəsilə bu təhlükənin qarşısını almaq üçün məsuliyyət daşıyırıq”, - Ştaynmayer bəyan edib. 

Xatırladaq ki, Ştaynmayerin Cənubi Qafqaza səfəri bu gün başlanacaq. ATƏT-in hazırkı sədri bu gün Yerevana səfər edəcək. İyunun 30-da isə Bakıda görüş keçirəcək və daha sonra Tbilisiyə yola düşəcək. 

0
11