İtaliyalı aktyor vəfat edib

İtaliyalı aktyor vəfat edib

O, həm də məşhur idmançı olub.

Bad Spenser adı ilə məşhur olan italiyalı aktyor, prodüser və idmançı-üzgüçü Karlo Pedersoli 86 yaşında Romada vəfat edib. 

Oxu.Az xəbər verir ki, bu barədə onun ailə üzvləri rəsmi “Twitter” hesabında bildiriblər. 

Bad Spenser dəfələrlə üzgüçülük üzrə İtaliya çempionu olub. O, kino sahəsinə ilk dəfə 1951-ci ildə gəlib. O zaman cəmi 22 yaşı var idi. 1967-ci ildə ona “Allah bağışlayar.. Mən-yox!” vesternində çəkilmək təklifi edilib. 

Aktyor 40-dan çox italyan və digər ölkələrin filmlərində, əsasən də spagetti-vesternlərdə rol alıb.

O, 2008-ci ilə qədər kino və seriallarda çəkilməyə davam edib. 

Aytən Sadıqzadə

0
18