İstanbuldakı terrorda ölənlərin 6-sı əcnəbidir

İstanbuldakı terrorda ölənlərin 6-sı əcnəbidir

Hava Limanında törədilən partlayış nəticəsində ölənlərin əksəriyyətinin kimliyi müəyyənləşib.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, ölən 36 nəfərdən 6 nəfərin  əcnəbi olduğu dəqiqləşib. Əcnəbilərdən 4-ü Səudiyyə Ərəbistanı, 1-i Ukrayna, 1-i isə İran vətəndaşıdır.

Hələlik ölən iki qadın və iki kişinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Hadisə yerindən 3 nəfərinsə meyitinin müxtəlif hissələri tapılıb. Həmin 3 nəfərin partlayışı törədən terrorçu-kamikadzelər olduğu bildirilir.

0
14