Qoşt və ailəsini öldürməkdə şübhəli bilinən azərbaycanlıların həbs müddəti uzadılıb

Qoşt və ailəsini öldürməkdə şübhəli bilinən azərbaycanlıların həbs müddəti uzadılıb

Qətl qarət məqsədi ilə törədilib.

Rusiyada məhkəmə Samara vilayətinin Sızran rayonunun keçmiş polis rəisi, istefada olan polkovnik Andrey Qoşt və onun ailə üzvlərinin ölümündə şübhəli bilinən şəxslər barəsində həbs qərarının müddətini uzadıb.

Oxu.Az “samara.aif.ru”ya istinadən xəbər verir ki, Andrey Qoştun və onun ailə üzvlərinin qətlində təqsirləndirilən Azərbaycan vətəndaşları - 24 yaşlı Orxan Zəhrabov, 23 yaşlı Roman Fətəliyev, 22 yaşlı İslam Babayev, Tacikistan vətəndaşı 23 yaşlı Məhmədəli Əhmədov oktyabrın 24-dək həbsdə qalacaqlar.

Qeyd edək ki, keçmiş polis rəisi A.Qoşt və 5 ailə üzvü (polkovnikin arvadı, qardaşının arvadı, qardaşı qızı və valideynləri) Sızran rayonunun İvaşevka qəsəbəsində öldürülüb. Andrey Qoştun yalnız yeddi yaşlı qardaşı qızı sağ qalıb. 

Hadisədə şübhəli bilinən 3 azərbaycanlı mayın 3-də tutulub. 

M.Əhmədov isə bir neçə gün sonra Düşənbədən gələrkən Moskvanın Domodedovo hava limanında saxlanılıb.

İlkin versiyaya görə, qətlin qarət məqsədilə törədildiyi ehtimal edilir.

0
20