Ohanyan istefasına dair şayiələri şərh etmədi

Ohanyan istefasına dair şayiələri şərh etmədi

“Ermənistan müdafiə naziri vətən qarşısında borcunu yerinə yetirməkdən heç bir zaman imtina etməyəcək”.

Ermənistanın müdafiə naziri Sergey Ohanyan öz istefasına dair şayiələri şərh etmədi.

Oxu.Az news.am-a istinadən xəbər verir ki, Seyran Ohanyan jurnalistlərlə söhbətdə deyib:

“Ermənistan müdafiə naziri vətən qarşısında borcunu yerinə yetirməkdən heç bir zaman imtina etməyəcək”.

Qeyd edək ki, bir müddət KİV-də öncə Ermənistan müdafiə naziri Sergey Ohanyan və Baş qərargah rəisi Yuri Xaçaturovun istefasına dair şayiələr yayılmışdı, buna səbəb kimi isə hakimiyyətin onların işindən narazı olması göstərilmişdi. Şayiələr Dağlıq Qarabağda aprel ayının əvvəlində baş verən məlum hadisələrdən sonra yayılmışdır. 

0
19