Türkiyə çempionatının gənc futbolçusu faciəvi şəkildə öldü

Türkiyə çempionatının gənc futbolçusu faciəvi şəkildə öldü

Türkiyə çempionatında futbol oynayan 17 yaşlı Məsut Sarıkaya dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, "Antalyaspor" klubunun futbolçusu şəkil çəkdirmək üçün yüksəkliyə çıxıb. Gənç futbolçu tarazlığını itirərək 40 metrlik yüksəklikdən yerə yıxılıb.

Hadisə bu gün səhər Antalyanın Muratpaşa bölgəsində olub. Məlumata görə, Məsut Sarıkaya 3 dostu ilə birlikdə parka gedib. Onlar qayalara çıxaraq şəkil çəkiblər.

Futbolçu tarazlığını itirərək qayalardan yerə yıxılıb. Dostları dərhal polisə və tibb işçilərinə xəbər edib. Lakin gənc yerindəcə keçinib.

0
39
Bot