Azərbaycanlı biznesmenin qətli ilə bağlı – YENİ MƏLUMAT

Azərbaycanlı biznesmenin qətli ilə bağlı – YENİ MƏLUMAT

Həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

1971-ci il təvəllüdlü şəxs qətli törətmək üçün silahı Emil Hüseynova verməkdə şübhəli bilinir.

Oxu.Az “life.ru”a istinadən xəbər verir ki, iyunun 28-də polis əməkdaşları azərbaycanlı iş adamı Maarif İsmayılovun qətlini sifariş verməkdə şübhəli bilinən şəxsi saxlayıb. 

Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Əfqan A. Sankt-Peteburqdakı meyvə-tərəvəz bazasında ticarətlə məşğul olan 43 yaşlı M.İsmayılovun qətlini sifariş verməkdə şübhəli bilinir. Həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

Qeyd edək ki, bu il iyunun 20-də Sankt-Peterburqda meyvə-tərəvəz bazasında qətl hadisəsi baş verib. Şahidlərin bildirdiyinə görə, qatil M.İsmayılova yaxınlaşaraq silahındakı bütün güllələri onun bədəninə boşaldıb, sonda isə başına atəş açıb.

Atəş açan şəxsin ardınca iki polis və 20-yə yaxın hadisəyə şahid olan şəxs qaçıb. O, bazanın 500 metrliyində tutulub.

0
22