Terrorun qurbanı: 10 gün sonra toyu olacaqdı...

Terrorun qurbanı: 10 gün sonra toyu olacaqdı...

Şəxsiyyəti təyin olunan 27 cənazədən 18-i artıq ailələrinə verilib.

Atatürk hava limanında baş verən partlayışdan sonra yaxınlarından xəbər ala bilməyənlər Məhkəmə Tibbi Ekspertiza İdarəsinin qarşısına yığışıb.

Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, şəxsiyyəti təyin olunan 27 cənazədən 18-i artıq ailələrinə verilib.

Terrakt hadisəsində həyatını itirən Yusuf Haznedaroğlunun da cənazəsi artıq ailəsinə təhvil verilib. Yaşasaydı 10 gün sonra Yusufun toyu olacaqdı. Hava limanında işləyən Yusuf iş çıxışı avtomobil gözləyən zaman partlayış baş verib.

Digər yaxınlarından xəbər ala bilməyən ailələr isə Tibbi Ekspertizanın qarşısında gözləməyə davam edir.

0
12