Buenos-Ayresdə Messiyə heykəl qoydular – FOTO

Buenos-Ayresdə Messiyə heykəl qoydular – FOTO

Abidənin açılışı komandanın Amerika kubokundan qayıtmasından sonra baş tutub.

Argentinanın paytaxtı Buenos-Ayresdə futbol üzrə milli yığmanın kapitanı Lionel Messinin heykəli ucaldılıb. 

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “La Aficion” məlumat yayıb. 

“Leo bir futbol azarkeşi kimi, səndən qərarını dəyişməni xahiş edirəm. Sənə qarşı sevgi və hörmətimizin əlaməti olaraq, biz bu gün burada Paseo-de-la-Qloriyada sənin heykəlinin açılışını edirik”, - Buenos-Ayresin meri Orasio Rodriges Laretta açılış zamanı bildirib. 

Abidənin açılışı komandanın Amerika kubokundan qayıtmasından sonra baş tutub. İyunun 27-də Argentina turnirin finalında Çiliyə 2:4 hesabı ilə məğlub olub. Bundan sonra Messi yığmadan getməsini elan edib. 

Karyerasını başa vurmamaq çağırışı ilə futbolçuya Argentina prezidenti Maurisio Makri və keçmiş məşhur futbolçu Dieqo Maradona da müraciət edib. Argentinanın bir çox şəhərlərinin küçələrində “Leo getmə” yazılı lövhələr peyda olub. 

0
11